AZ

Ermənistan Avropa ittifaqına buna görə üzv ola bilmir Paşinyan səbəbi açıqladı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Gürcüstan Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası yolunda əsas rola malikdir ölkədir.

Globalinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük prosesi Gürcüstanın namizəd ölkə statusu aldığı vaxtdan başlayıb.

Bu, Ermənistan üçün üzvlük perspektivini əlçatan edib. Baş nazir vurğulayıb ki, Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv dialoqun inkişafı həm Ermənistan, həm də Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, hazırda Ermənistanın Avropa İttifaqına inteqrasiyasının qarşısında duran ən böyük problem AB və Gürcüstan arasındakı siyasi dialoqun “dondurulmuş” vəziyyətdə olmasıdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
globalinfo.az

1Mənbələr