Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyata keçirilib. Tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.
Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və çay ekosisteminin bərpasına şərait yaradır.
