Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Apasport.az xəbər verir ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.
Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.
Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.
ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO