
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Bakıda səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Azərbaycan lideri ilə görüşdən sonra sosial şəbəkə səhifəsində yazıb.
“Təşəkkür edirəm İlham Əliyev, Bakıda səmimi qəbula görə sağ olun. Mən gələcəyə dair ortaq baxışımızı əks etdirən, Aİ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Artan qlobal gərginlik və qeyri-sabitlik şəraitində aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir”, - Koşta qeyd edib.
Thank you @presidentaz Aliyev for your warm welcome to Baku.
— António Costa (@eucopresident) March 11, 2026
I’m looking forward to continuing our work on a new framework for closer EU and Azerbaijan cooperation that reflects our joint vision for the future.
With rising global tensions and instability, strengthening ties… pic.twitter.com/0t7IaI6NxD