AZ

Avropa Birliyi liderləri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına qarşıdırlar



Avropa Birliyi (AB) qurumlarının liderləri Rusiyaya qarşı sanksiyaların yumşaldılmamalı və Rusiya neftinin qiymət limiti qaldırılmamalı olduğunu bildiriblər.


Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta, G7 liderləri ilə Yaxın Şərqdəki münaqişələrin iqtisadi nəticələri ilə bağlı video konfransdan sonra ABŞ-da yerləşən bir şirkətin sosial media platformasında birgə bəyanat yaydılar.

Bəyanatda İran və Yaxın Şərqdəki narahatedici vəziyyətə koordinasiyalı cavab vermək üçün G7 tərəfdaşları ilə müzakirələrin aparıldığı qeyd edildi və əlavə edildi: "Biz təhlükəsizliyə və qlobal enerji bazarına təsirin minimuma endirilməsinə diqqət yetiririk".

Bəyanatda təcili prioritetin, xüsusən də qlobal iqtisadiyyat üçün vacib olan Hörmüz boğazından enerji axınının davamlılığının təmin edilməsi olduğu vurğulandı. Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının qarşısının alınmasının vacibliyi vurğulandı və bildirildi:

"Neft qiymətinin məhdudlaşdırılması bazarları sabitləşdirməyə və Rusiyanın gəlirlərini məhdudlaşdırmağa kömək edəcək. Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtı deyil".

Bəyanatda münaqişənin şiddətlənməsinin qarşısını almaq və sabitliyi bərpa etmək üçün regiondakı tərəfdaşlarla sıx əməkdaşlıq barədə razılığa gəlindiyi qeyd edildi və əlavə edildi: "Beynəlxalq Enerji Agentliyinin qlobal enerji təchizatındakı gərginliyi azaltmaq üçün 400 milyon barel təcili neft ehtiyatını təqdim etmək qərarını alqışlayırıq".

aia.az
Tərcümə şöbəsi



Seçilən
38
1
aia.az

2Mənbələr