AZ

İrandakı əməliyyat ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarını çətinləşdirir - KİV

İrandakı əməliyyat ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarını çətinləşdirir - KİV

İrana qarşı hərbi əməliyyatların başlamasından sonra enerji daşıyıcılarının qiymətindəki kəskin artım ABŞ və müttəfiqlərinin Rusiya neftinə tətbiq etdiyi sərt sanksiya rejimini sarsıdır.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Kornell Universitetinin professoru Nikolas Malder portal üçün verdiyi şərhdə bildirib ki, Vaşinqton İranın "iqtisadi silahından" qorunmaq məqsədilə Rusiyaya qarşı öz "iqtisadi silahını" zəiflətmək məcburiyyətində qalır.

Yaxın Şərqdəki gərginlik fonunda Brent markalı neftin qiyməti 2022-ci ildən bəri ilk dəfə barel başına 119 dolları ötüb. Qiymət artımının qarşısını almaq üçün G7 ölkələri strateji neft ehtiyatlarından koordinasiyalı şəkildə istifadəni müzakirə edir. Ekspertlər hesab edir ki, qlobal bazarda neft qıtlığı qorxusu Rusiyaya qarşı sanksiyaların icrasını arxa plana keçirir.

Seçilən
39
afn.az

1Mənbələr