AZ

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) idman mühitində iştirak edən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahının qorunması istiqamətində ardıcıl addımlar atır. Bu strategiyanın davamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

MOK-dan Day.Az-a verilən məlumata görə, komissiya idman mühitində etik dəyərlərin, dürüstlüyün və ədalətli qərarların möhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və strateji tövsiyələr təqdim edəcək.

Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:

Azər Əliyev - Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri;

Təhminə Tağı-zadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru;

Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri;

Fəridə Əzizova - Atletlər Komissiyasının sədri;

Elgün Səfərov - Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri.

Yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcək.

Seçilən
75
2
day.az

6Mənbələr