AZ

Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir - BƏYANAT

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir.

"Far.Az" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb.

Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

Prezidentlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər.

Seçilən
37
3
far.az

4Mənbələr