“Bavariya”nın cinah oyunçusu Maykl Olise “Qızıl top”u qazanmaq şansları barədə danışıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu bu mövsüm 37 oyun keçirib, 15 qol vurub və 26 məhsuldar ötürmə edib.
“Mən buna diqqət yetirmirəm; bu mövsüm hələ oynamalı olduğum çox oyunum var. Əgər bu baş verərsə, yaxşı olardı, amma hazırda bu barədə düşünmürəm.
Kuboklar və komanda birinci yerdədir və nə olacaqsa, o da olacaq”, - “RMC Sport” Olisedən sitat gətirib.
10 martda “Bavariya” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. Olise iki qol vurub və bir məhsuldar ötürmə edib.