AZ

Anasının öldürdüyü yeniyetmənin fotosu

Ötən gün Cəlilabad rayonunun Sərhədabad kəndində ehtiyatsızlıq nəticəsində öldüyü deyilən yeniyetmənin fotosu yayılıb.

Publika.az “Unikal”a istinadla xəbər verir ki, dünən 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.

Seçilən
77
4
publika.az

10Mənbələr