AZ

KİV: İraqda tankerlərə hücumlar olub, ölən və yaralananlar var

İraqın cənubunda tankerlərə edilən hücumlar nəticəsində bir neçə nəfər ölüb, xəsarət alanlar var.

"Report" xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Məlumata görə, onların sayı və vətəndaşlığı müəyyən edilir.

Qeyd olunur ki, minalanmış kater İraq sahillərində neft tankerlərinə hücum edib.

Mənbələrin məlumatına görə, əvvəllər partlayışların olduğu tankerlər də minalanmış katerlə toqquşub. Gəmidəki heyət üzvləri arasında ölən və yaralananlar var.

Tankerlərə hücumları kimin təşkil etdiyi barədə hələlik dəqiq məlumat yoxdur.

Seçilən
111
far.az

1Mənbələr