Bakı, 12 mart, AZƏRTAC
Moskva teatrları məhdud mobil internet xidməti səbəbindən tamaşalarda iştirak problemlərin qarşısını almaq üçün tamaşaçılara elektron biletləri əvvəlcədən çap etməyi məsləhət görür.
AZƏRTAC TASS-a istinadən xəbər verir ki, Vaxtanqov Teatrı və Yermolova Teatrı bu tövsiyələri ilk olaraq yayıb.
“Hazırda Moskvanın mərkəzində mobil internet məhduddur. Wi-Fi da fasilələrlə işləyir. Buna görə də biletləri onlayn olaraq elektron poçt vasitəsilə və ya Vaxtanqov Teatrının girişindəki şəxsi hesabınızda açmaq mümkün olmayacaq”, - deyə elanda bildirib.
Mümkün həllər kimi teatr elektron biletləri əvvəlcədən çap etməyi və ya mobil cihazlardakı fayllarda saxlamağı təklif edir.