AZ

Müasir gənclər açıq havada məhbuslardan daha az vaxt keçirirlər – Amerikalı həkim – VİDEO

20-30 yaşlarında olan gənclər indi məhbuslardan daha az vaxt açıq havada keçirirlər.

İnterpress.az xəbər verir ki, bu barədə amerikalı həkim Qallovey məlumat verib.

Amerikalı mütəxəssis müasir insanların, xüsusilə gənc nəslin həyat tərzi ilə bağlı sarsıdıcı müqayisə aparıb.

Onun sözlərinə görə, hazırda 20-30 yaş arası gənclər açıq havada həbsxana məhbuslarından daha az vaxt keçirirlər.

Həkim qeyd edib ki, əvvəllər dostlarla ünsiyyətə, fiziki məşqlərə, ibadətə, təhsilə və yuxuya ayrılan vaxt indi yalnız bir yerə — onlayn məkana yönəlib.

Doktor Qallovey vurğulayıb ki, söhbət video oyunlar və ya internet üzərindən oynanılan qumar oyunlarından gedir və vaxtın böyük hissəsini məhz sosial şəbəkələr “oğurlayır”.

Bu tendensiya gəncləri həyatdakı ən vacib amildən və psixi sağlamlığın açarı olan real insan münasibətlərindən uzaqlaşdırır.

Mütəxəssisin fikrincə, texnoloji şirkətlərin yeganə məqsədi hər bir istifadəçini hər gün smartfonda daha 10-15 saniyə artıq saxlamaq və onları ekrandan qopmağa qoymamaqdır.

O, özünün də tamamilə asılı vəziyyətdə olduğunu, lakin bunu dərk etdiyi üçün vəziyyəti nəzarətdə saxlamağa çalışdığını etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
115
interpress.az

1Mənbələr