AZ

Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilən 5 əsas qida

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi ərzaqların donu açıldıqdan sonra yenidən soyuducuya və ya dondurucuya qoyulması sağlamlıq riskləri yaradır. Həkim Hüseyin Tapik bildirir ki, bu hal qida zəhərlənməsinə səbəb olan bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.Demokrat.az-ın məlumatına görə ət, toyuq və balıq məhsulları bu baxımdan ən riskli qida qrupuna daxildir. Bu növ qidalar donu açıldıqdan sonra dərhal bişirilməli və istehlak edilməlidir. Eyni qayda dəniz məhsullarına da aiddir. Kalmar və karides kimi məhsulların donu açıldıqdan sonra saxlanılması zəhərlənmə ehtimalını artırır.Süd və süd məhsulları da təkrar dondurma prosesinə qarşı həssasdır. Qatıq, pendir, kəsmik və qaymaq kimi məhsulların keyfiyyəti bu zaman ciddi şəkildə pisləşir. Yumurta və tərkibində çiy yumurta olan souslar, o cümlədən mayonez və kremlər bir dəfə istifadədən sonra yararsız hesab olunur.Hazır yeməklər, şorbalar və müxtəlif tərəvəzlər də donu açıldıqdan sonra yenidən dondurucuya qoyulmamalıdır. Qida təhlükəsizliyini qorumaq üçün məhsulları ehtiyac qədər porsiyalara bölüb dondurmaq ən doğru addım sayılır. Qidaların otaq temperaturunda uzun müddət qalması da xoşagəlməz nəticələrə yol aça bilər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
146
demokrat.az

1Mənbələr