AZ

Kəsmiyin gizliTƏHLÜKƏSİ

Kəsmik faydalı xüsusiyyətlərinə və yüksək zülal tərkibinə baxmayaraq, tərkibindəki duzun çox olması səbəbindən bəzi hallarda risk yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Rob Hobson "The Independet" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, kəsmikdəki duz səbəbindən onun tərkibində natrium miqdarı bəzi hallarda qatıqdan daha çox ola bilər. Bu isə məhsulun hazırlanma texnologiyası ilə bağlıdır. Belə ki, kəsmik istehsalı zamanı prosesin müəyyən mərhələsində məhsula duz əlavə olunur.

Hobson vurğulayıb ki, hipertoniya xəstələri kəsmikdən tam imtina etməli deyillər, lakin qida rasionunu tərtib edərkən məhsulun bu xüsusiyyətini nəzərə almaq vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr