AZ

Gəncədə dəhşətli ailə dramı: Məktəbli atasını GÜLLƏLƏDİ

Gəncədə dəhşətli ailə dramı yaşanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Daşkəsən rayon sakini, 2009-cu il təvəllüdlü Kənan Nağıyev mübahisə zəminində atası, 44 yaşlı Elçin Nağıyevi güllələyib.

Məlumata görə, hadisə ailədaxili münaqişə zamanı baş verib. Of tüfəngi ilə atəş açılması nəticəsində Elçin Nağıyev hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən şəxs məktəblidir. Meyit hazırda Məhkəmə Tibbi Ekspetiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kənan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
53
1
bizim.media

2Mənbələr