AZ

“WarGonzo” layihəsinin müəllifi ÖLDÜRÜLDÜ

Ermənilərin yaxın dostu və 44 günlük Vətən müharibəsində ermənilərə dəstək verən, Rusiyanın ermənipərəst mövqeyi ilə tanınan “WarGonzo” layihəsinin müəllifi Yevgeni Nikolaev vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, Nikolaev döyüş yoldaşlarını təhlükəli ərazidən çıxarmağa çalışarkən Slavyansk istiqamətində FPV dronun zərbəsi nəticəsində həlak olub.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi zamanı hərbi jurnalist Semyon Peqov “WarGonzo” layihəsi üçün Qarabağda çəkilişlər edib və erməni silahlılarını müdafiə edib.

Rusiya mediası iddia edir ki, “WarGonzo” layihəsi erməni iş adamları tərəfindən maliyyələşdirilib. Lakin 44 günlük Vətən Müharibəsi zamanı bu lahiyə Kreml tərəfindən idarə edildiyi danılmaz fakt idi./Korrekt.az /

Seçilən
79
nocomment.az

1Mənbələr