AZ

Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı məlum olub

Bakı.Trend:

Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə mikromobillikvasitələri 219 412 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrüilə müqayisədə 2,6 dəfə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründəmikromobillik vasitələri 83 415 dəfə sifariş edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, nəzərəçarpacaq artım xüsusilə velosipedlərinsifarişində qeydə alınıb – 8,8 dəfə. Belə ki, 2025-ci ilinfevralında velosiped 7349 dəfə sifariş olunduğu halda, bu ilinmüvafiq dövründə 64 339 dəfə sifariş edilib.

Cari ilin fevral ayında alternativ nəqliyyat növü kimimikromobillik vasitələrindən istifadə edənlərin sayı 110 658 nəfərtəşkil edib. Bu, 2025-ci ilin fevral ayının göstəricilərindən 2,2dəfə çoxdur. Ötən ilin fevralında mikromobillik vasitələriistifadəçilərinin sayı 50 910 nəfər olub.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilənvelosiped və skuterlərlə bu ilin fevral ayında 434 min kilometrdənçox yol qət edilib. Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur.2025-ci ilin fevralında mikromobillik vasitələri ilə qət edilənməsafə 201 min kilometr təşkil edib.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dairməlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadəedənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu deməkolar.

Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçünmikromobillik infrastrukturu genişləndirilir.

Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometrtəşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılmasıplanlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872,velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib.Hazırda icarəyə verilən skuter sayı 5018, velosiped sayı isə2200-dür.

Əhali arasında mikromobillik vasitələrinə artan marağı, eləcə dəbu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyatsıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığınartırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərəalaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillikzolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Məqalədə:
Seçilən
55
10
az.trend.az

10Mənbələr