AZ

Ukraynanın keçmiş SBU generalı Viktor Orbana hədələyici mesaj verib

Qriqori Omelçenko Macarıstanın baş naziri və ailəsi ilə bağlı sərt bəyanatlar səsləndirib...

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) sabiq generalı Qriqori Omelçenko Macarıstanın baş naziri Viktor Orbana qarşı hədələyici açıqlamalarla çıxış edib.

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın Pryamyi TV telekanalına verdiyi müsahibədə danışıb.

Omelçenko bildirib ki, onun təmsil etdiyi şəxslərin Orbana dair əlavə məlumat toplamasına ehtiyac yoxdur. Onun sözlərinə görə, Macarıstan hökumətinin başçısının harada yaşadığı, harada gecələdiyi və gündəlik həyatında hansı məkanlarda olduğu barədə məlumatlara malik olduqlarını iddia edib.

“Orbana ünvanımız lazım deyil. Biz onun harada yaşadığını, harada gecələdiyini, harada pivə və ya şərab içdiyini, qəlyan çəkdiyini, harada gəzdiyini və hətta kiminlə görüşdüyünü də bilirik”, deyə sabiq SBU generalı bildirib.

Omelçenko əlavə edib ki, “karmadan qaçmaq mümkün deyil” və Orbana ailəsi barədə düşünməyi tövsiyə edib. O, Macarıstan baş nazirinin beş övladı və altı nəvəsi olduğunu xatırladaraq, bu barədə düşünməsinin vacib olduğunu vurğulayıb.

Analitiklər qeyd edirlər ki, bu cür bəyanatlar Ukrayna və Macarıstan arasında son illərdə müşahidə olunan siyasi gərginlik fonunda səsləndirilib. Xüsusilə Budapeştin Ukraynanın bəzi qərarlarını və Avropa İttifaqı çərçivəsində Kiyevə dəstək siyasətini tənqid etməsi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr