AZ

Vinisius Ronaldonun uğurunu təkrarladı

“Real”ın yarımmüdafiəçisi Vinisius Junior Çempionlar Liqasında fərqlənməyi bacarıb.

Msport.az xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti”yə qarşı (3:0) ilk oyunda het-trik edən Federiko Valverdenin qollarından birinin ötürməsini edib.

Braziliyalı vinger qitənin ən nüfuzlu klub turnirində 31 məhsuldar ötürmə müəllifi olub. Bununla da “Real”ın məhsuldar ötürmələr üzrə əvvəlki rekordçusu Kriştiano Ronaldonun göstəriisini təkrarlayıb.

Vinisius 2018-ci ildən Madrid klubunda oynayır. Ronaldo isə 2009-cu ildən 2018-ci ilə qədər “Real”da çıxış edib.

Seçilən
27
2
msport.az

3Mənbələr