AZ

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir — Pulunuz kəsiləcək

“eManat” bu bank kartlarına mədaxilə görə haqq tutacaq.

KONKRET.az demokrataz-a istinadən xəbər verir ki, eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

Bildirilib ki, aprelin 1-dən etibarən eManat terminalları vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.

Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Seçilən
64
6
konkret.az

9Mənbələr