AZ

ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevə və onun hökumətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə bizə göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Görünməz düşmən olan COVID pandemiyasından söz açan ÜST-nin Baş direktoru koronavirusun təxminən 20 milyon insan öldürdüyünü, bunun yaddaşımızda qalan hər bir müharibədən daha çox olduğunu və qlobal iqtisadiyyatın 10 trilyon ABŞ dollarından çox itirdiyini qeyd edib.

“Səhiyyə elə bir sahədir ki, parçalanmış dünyamızda ideologiya və ayrılıqlardan asılı olmayaraq ölkələr ümumi təhdidlərə qarşı birgə həllər tapmaq üçün məhz burada bir araya gəlməlidirlər”, – deyə A.Qebreyesus vurğulayıb.

Seçilən
87
3
azertag.az

4Mənbələr