AZ

Kredit almaq istəyənlərin NƏZƏRİNƏ: Mühüm YENİLİK

Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi ilə bağlı işlər də artıq yekunlaşmaq üzrədir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov bildirib.

Qeyd edib ki, sözügedən mexanizm sayəsində vətəndaşlar öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə öncədən qadağa qoymaq imkanı da əldə edəcəklər.

Bildirib ki, hazırda bəzi hallarda vətəndaşın hesabı vasitəsilə onun üzərinə əlavə öhdəliklər yaradılaraq adına kredit rəsmiləşdirilməsi və ya mövcud kredit limitlərinin artırılması yolu ilə vəsaitlərin mənimsənilməsi kimi hallar müşahidə olunur.

Onun sözlərinə görə, bu problem təkcə Azərbaycanda deyil, beynəlxalq təcrübədə də mövcuddur.

Ü.Qurbanov qeyd edib ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə tətbiq olunur və həmin mexanizmin Azərbaycanda da tətbiqi məsələsi nəzərdən keçirilir:

"Tətbiq olunacağı təqdirdə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, yəni Kredit Bürosu vasitəsilə müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir maliyyə institutu, kredit təşkilatı və ya bank vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləyə və ya kredit limitini artıra bilməyəcək".

Mina Mikayılova
Milli.Az

Seçilən
57
5
milli.az

6Mənbələr