AZ

Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi

BAKI, 12 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş ombudsman Arman Tatoyanın Azərbaycan ordusunun Göyçə istiqamətində, Ermənistan ərazisində üç döyüş mövqeyi qurması barədə iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanın həqiqətə uyğun olmadığını bildirib.

“De-yure əhəmiyyətə malik aydın xəritə və dəqiq xətt var. Bunlar göstərir ki, həmin iddialar həqiqətə uyğun deyil.

Hansısa konflikt, eskalasiya, qurbanlar və yaralılar var, amma mənə demirsiniz, gizlədirsiniz? Harada müharibə var, harada yaralı var, harada atışma var, harada qurban var, harada hücum, partlayış və sair var, izah edin ki, biz də bilək. Bunlar haradadır”, - o deyib.

Baş nazir artıq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğuna və sülh sazişinin imzalanacağına əminliyini ifadə edib.

Seçilən
131
2
teleqraf.com

10Mənbələr