ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji sənədi hazırlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu AMB-nin Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, sənəd banklar, sığorta şirkətləri, investisiya və broker təşkilatları daxil olmaqla Mərkəzi Bank tərəfindən tənzimlənən bütün maliyyə institutlarını əhatə edəcək və yaxın zamanda sektora təqdim olunması nəzərdə tutulur:
"Bu metodologiya açıqlama və şəffaflıq, istehlakçılara ədalətli yanaşma, məhsulların istehlakçının maliyyə imkanlarına uyğun təqdim edilməsi, mübahisələrin effektiv həlli və məxfiliyin qorunması prinsiplərinə əsaslanır. Sənəddə rəqəmsal platformalarda təqdim olunan maliyyə xidmətləri ilə bağlı da xüsusi tələblər nəzərdə tutulur.
Belə ki, elektron platformalarda maliyyə məhsulları təqdim edilərkən müqavilə şərtləri, ödəniş qrafiki, tariflər və risklər barədə məlumatların istehlakçılar üçün aydın və əlçatan formada təqdim olunması tələb edilir. Eyni zamanda, istehlakçı müqaviləni imzalamazdan əvvəl xüsusi xəbərdarlıq pəncərəsində məhsulun riskləri və tutulacaq xidmət haqları barədə məlumatlandırılmalıdır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.