AZ

Trampın çıxışı zamanı tamaşaçılardan biri huşunu itirdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın Kentukkidə çıxışı zamanı tamaşaçılardan biri huşunu itirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat verib.
 

Qeyd olunub ki, kişi kürsünün yaxınlığındakı ön sırada olub. Şahidlərin sözlərinə görə, o, əvvəlcə məhəccərə söykənib, sonra yıxılıb. Ətrafındakı insanlar prezidentin diqqətini cəlb etməyə çalışaraq əllərini yelləməyə başlayıblar. Ağ Ev lideri daha sonra hadisəni görüb.


"Tələsməyin, tələsməyin. Bizim çox vaxtımız var. Bunlar gözəl insandırlar. Onlar saatlarla gözləyirlər", - deyə prezident gələn təcili tibbi yardım işçilərinə bildirib.

Tramp hadisə yerinə tez bir zamanda gələn tibb işçilərinin sürətli reaksiyasını da yüksək qiymətləndirib.


Bizim.Media

Seçilən
54
1
bizim.media

2Mənbələr