AZ

Avstriyanın sabiq Kansleri: Bəzən ABŞ və Rusiyanın maraqları üst-üstə düşür

Bəzən ABŞ və Rusiyanın maraqları üst-üstə düşür.

APA xəbər verir ki, bunu Avstriyanın sabiq Kansleri Alfred Quzenbauer XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.

“Qərbə ümumilikdə liberal demokratiyanın keşiyində dayanan bir məkan kimi baxa bilmirik. Burada yalnız Avropa İttifaqı qalır. Aİ daxilində də bəzi ölkələrin kənar qüvvələrin maraqlarına xidmət etməsi həm Rusiyanın, həm də ABŞ-ın maraqlarına uyğundur”, - Quzenbauer qeyd edib.

O əlavə edib ki, “ABŞ və Rusiya bəzi məsələlərdə Aİ-ni düşmən hesab edir”.

Seçilən
53
3
apa.az

4Mənbələr