İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzinin şimalında Marşal Adaları bayrağı altında üzən Safe Sia tankerinə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, İİKK mətbuat xidmətinin dövlət televiziyasına verdiyi açıqlamada bildirilib.
Qeyd olunur ki, bu gün ABŞ-a məxsus, Amerika terrorçu ordusunun aktivi olan "Marşal Adaları" bayrağı altında üzən "Safe Sia" tankeri İİKK Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra Fars körfəzinin şimalında atəşə tutulub.
İİKK Hörmüz boğazından keçmək istəyən bütün gəmilərin İran hakimiyyəti tərəfindən əvvəllər elan edilmiş qaydalara riayət etməli olduğunu bir daha təkrarlayıb.