ain.az, Axsham.az saytına istinadən bildirir.
"Geriyə qayıtsam, bütün illərimin bir saniyəsini belə həyatımdan çıxmazdım. Necə yaşadım elə yaşayardım. İmtahanlarımla bir yerdə. Cavanlıqda həssas olursan. İnsan yaşa dolduqca anlayır ki, ən yaxın dostun dərddir. Dərdsiz həyatı sevmirəm. Dərd imtahandır, şükranlıqla yaşasaq, Allah mükafatımızı artırar".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Günə uğurla" verilişində deyib. Müğənni qızının xəstəliyindən danışıb:
"Qızım xəstədir. Başqa yerə gedəndə ona görə çox narahat olurdum. Bir gün düşündüm ki, qızımın sahibi Allahdır. Onun epilepsiyası var. Konsertə gedirəm fikrim orada qalır. Mən yanında ola-ola da onu itirə bilərəm, olmayanda da yaşaya bilər. Mənim sevgim lazımdır. Amma bir sevgi, işıq var, o da Allahın yoludur. İmtahanlarım olub. Amma bu imtahanlar məni ayaqüstə tutub".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.