UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin həyəcan dolu ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına iddialı namizədlərin adları məlum olub.
Milli.Az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Qitənin bir nömrəli klub turnirində həftənin ən yaxşısı adı uğrunda Xviça Kvaratsxeliya (PSJ), Federiko Valverde ("Real Madrid"), Xulian Alvares ("Atletiko Madrid") və Maykl Olise ("Bavariya") kimi ulduz futbolçular mübarizə aparırlar.
Qeyd edək ki, bu adın sahibi məhz UEFA-nın rəsmi saytında keçirilən səsvermənin yekunlarına əsasən müəyyənləşəcək.
Milli.Az