AZ

Onlar qəsdən sarı vərəqə almaqda şübhəli bilinir

style='margin-bottom:10px;'>

UEFA “Bavariya”nın yarımmüdafiəçiləri Maykl Olise və Yoşua Kimmix barədə intizam işi aça bilər.

QOL.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Bildirilir ki, məsələ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" ilə Atalanta arasında keçirilən ilk oyundan sonra gündəmə gəlib. Münhen təmsilçisi həmin görüşdə 6:1 hesabı ilə qələbə qazanıb.

Matçın sonlarına yaxın hər iki futbolçu sarı vərəqə alıb. Olise 77-ci dəqiqədə hesab 6:0 olarkən künc zərbəsini uzun müddət yerinə yetirmədiyinə görə hakim tərəfindən cəzalandırılıb. Bundan qısa müddət sonra Kimmix də sarı vərəqə ilə üzləşib. “Bavariya”nın kapitanı 83-cü dəqiqədə cərimə zərbəsini gecikdirdiyinə görə cəzalanıb. 

Hər iki oyunçunun turnirdə artıq sarı vərəqəsi olduğu üçün bu xəbərdarlıqlar onların gələn həftə Münhendə keçiriləcək cavab oyununu buraxmasına səbəb olacaq. Bununla belə, Almaniya klubu 1/4 finala yüksələrsə, futbolçular növbəti mərhələdə yenidən meydana çıxa biləcəklər.

Mənbənin məlumatına görə, UEFA intizam qaydalarına əsasən, futbolçuların növbəti mərhələlərdən əvvəl vərəqələri “sıfırlamaq” məqsədilə qəsdən sarı vərəqə almaları müəyyən edilərsə, daha ağır cəza tətbiq oluna bilər. Bu halda Olise və Kimmixin əlavə diskvalifikasiya ilə üzləşmək ehtimalı var. 

Qeyd edək ki, əvvəllər də avrokuboklarda oxşar hallar yaşanıb. Məsələn, Serxio Ramos və Dani Karvaxal qəsdən sarı vərəqə aldıqları üçün cəzalandırılmışdılar.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr