AZ

Bu şəxslər 400 manat cərimələnə bilər - SƏBƏB

Saç kəsdirmək, saqqal qırxdırmaq və manikür etdirmək insanların gündəlik istifadə etdiyi xidmətlərdəndir. Lakin bərbərxana və gözəllik salonlarına üz tutanlar çox vaxt istifadə olunan alətlərin gigiyenik vəziyyətinə diqqət yetirmirlər.

Day.Az xəbər verir ki, bəzi vətəndaşlar bildirirlər ki, daha çox tanıdıqları və güvəndikləri bərbərlərə müraciət etdikləri üçün alətlərin təmizliyi barədə çox düşünmürlər.

Mütəxəssislərin sözlərinə görə, gigiyena qaydalarına əməl edilmədikdə dəridə göbələk, qoturluq, dəmrov və pedikulyoz kimi xəstəliklər yarana bilər. Bundan başqa, qanla təmas baş verərsə, hepatit B və hepatit C kimi yoluxucu xəstəliklərin yayılması riski də artır.

Qeyd edək ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər. İşə götürülən əməkdaşlar Səhiyyə Nazirliyinin müvafiq qərarına əsasən işə qəbul olunarkən və sonradan ildə iki dəfə tam tibbi müayinədən keçməlidirlər.

Bundan əlavə, istifadə olunan alətlər dezinfeksiya edilməli, ən azı 15 dəqiqə spirt məhlulunda saxlanılmalıdır. Dəsmalların və digər tekstil vasitələrinin yuyulmasına da xüsusi diqqət yetirilməlidir və onlar müvafiq icazəsi olan camaşırxanalarda yuyulmalıdır.

Qaydaların pozulması halında sahibkarlar İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsinə əsasən 300 manatdan 400 manatadək cərimə oluna bilərlər.

Elcan Turan
Day.Az

Seçilən
98
1
day.az

2Mənbələr