AZ

Nikolas Maduronun harada olduğu müəyyən edildi

Keçmiş Venesuela prezidenti Nikolas Maduronun harada olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "ABC qəzeti" məlumat yayıb.

Bildirilib ki, o hazırda ABŞ həbsxanasındadır və tək kameraya yerləşdirilib.

Nəşrin məlumatına görə, məhbuslara həftədə üç dəfə bir saatlıq kameralarından çıxmağa icazə verilir. Məcburi şərtlərə əl, ayaq qandalları və iki mühafizəçinin müşayiəti daxildir.

O da bildirilib ki, Maduronun gecələr kamerasından ispan dilində ucadan danışdığı eşidilir. Venesuela prezidenti qaçırıldığı və pis rəftar edildiyindən şikayətlənir.

Xatırladaq ki, bu il yanvarın 3-ü gecəsi ABŞ Venesuelada hərbi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edib.

Onlar narkotik qaçaqmalçılığında ittiham olunaraq mühakimə olunmaq üçün Nyu-Yorka gətiriliblər.

Seçilən
26
1
far.az

2Mənbələr