AZ

Koştanın Bakıya səfəri Azərbaycan-Aİ əməkdaşlığının inkişafına yeni təkan verir - Azər Qarayev

Bakı. Trend:

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti AntonioKoştanın Azərbaycana səfəri Bakı ilə Brüssel arasındamünasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Səfərçərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevləgörüşlər keçirilib, tərəflər əvvəlcə təkbətək, daha sonra isə geniştərkibdə müzakirələr aparıblar. Görüşlər zamanı Azərbaycan iləAvropa İttifaqı arasında mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti,iqtisadi və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat layihələri,regional təhlükəsizlik və Cənubi Qafqazda sülh gündəliyi kimiməsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər həm dəAzərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin inkişafınayeni təkan verir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzunillərdir müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bu əməkdaşlıqsiyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi vənəqliyyat sahələrini əhatə edir. Son illərdə tərəflər arasındayüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin artması isəmünasibətlərin daha fəal mərhələyə daxil olduğunu göstərir.Prezident İlham Əliyev də çıxışında Avropa İttifaqı ŞurasınınPrezidentinin Azərbaycana səfərinə xüsusi önəm verildiyinivurğulayaraq bildirib:

"Biz Sizin səfərinizə çox böyük önəm veririk".

Dövlət başçısının sözlərinə görə, bu səfər tərəflər arasındaikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində mühüm roloyanacaq", - A.Qarayev bildlirib.

Onun qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Azərbaycan iləAvropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən birihesab olunur.

"Avropa bazarı Azərbaycanın xarici ticarətində mühüm yer tuturvə tərəflər arasında ticarət dövriyyəsi sabit şəkildə artır.Azərbaycanın Avropa ilə iqtisadi əlaqələri yalnız enerji sektoruilə məhdudlaşmır, eyni zamanda sənaye, investisiya və digərsahələrdə də əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevçıxışında bu məsələyə toxunaraq qeyd edib ki, “bu ilin yanvarındaticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub.” Bugöstərici Avropa İttifaqının Azərbaycan üçün əsas iqtisaditərəfdaşlardan biri olduğunu göstərir və gələcəkdə ticarətəlaqələrinin daha da genişlənməsi üçün potensialın mövcudluğunuortaya qoyur", - o bildirib.

Politoloqun sözlərinə görə, enerji sahəsi Azərbaycan ilə Avropaİttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biriolaraq qalır.

"Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələsininaktuallaşması fonunda Azərbaycanın rolu daha da artıb. Azərbaycantəbii qaz ixracını genişləndirməklə Avropa bazarının etibarlıtərəfdaşlarından birinə çevrilib. Cənub Qaz Dəhlizi kimi iri enerjilayihələri bu əməkdaşlığın əsas sütunlarından hesab olunur vəAvropanın enerji təchizatının şaxələndirilməsində mühüm roloynayır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropaya qazixracı ilə bağlı mövcud vəziyyətə toxunaraq bildirib: “Bu günAvropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir vəölkələrin ümumi sayı 16-ya çatıb”. Bu fakt Azərbaycanın Avropaenerji bazarında mövqeyinin möhkəmləndiyini və Avropanın enerjitəhlükəsizliyinə verdiyi töhfəni aydın şəkildə göstərir.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpa olunanenerji sahəsidir. Azərbaycan son illərdə yaşıl enerji layihələrinininkişafına xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsindəhəyata keçirilən layihələr ölkənin enerji balansında alternativmənbələrin payının artırılmasına yönəlib. Bu istiqamətdə beynəlxalqtərəfdaşlarla əməkdaşlıq da genişlənir. Azərbaycanın məqsədi yalnızdaxili enerji tələbatını təmin etmək deyil, eyni zamanda gələcəkdəbərpa olunan enerji sahəsində ixrac imkanlarını dagenişləndirməkdir. Bu isə Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeniperspektivlər yaradır", - o bildirib.

A.Qarayev vuğrulayıb ki, görüşlər zamanı nəqliyyat və logistikasahəsində əməkdaşlıq da diqqət mərkəzində olub.

"Azərbaycanın coğrafi mövqeyi ölkəni Avropa ilə Asiya arasındamühüm tranzit qovşaqlarından birinə çevirir. Bu baxımdan OrtaDəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı xüsusiəhəmiyyət kəsb edir. Bu marşrut Avropa ilə Asiya arasında ticarətəlaqələrinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinəimkan yaradır. Azərbaycan bu layihədə əsas iştirakçılardan birikimi regionun nəqliyyat imkanlarının genişləndirilməsinə töhfəverir və Avropa ilə Asiya arasında logistika əlaqələrininmöhkəmlənməsində mühüm rol oynayır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da çıxışındaAzərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb və tərəflərarasında münasibətlərin genişlənməsinin vacibliyini qeyd edib. Onunsözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdırvə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlarmövcuddur. Koşta bildirib ki, “Azərbaycan Respublikası Avropaİttifaqının əsas tərəfdaşıdır.” Bu yanaşma Avropa İttifaqınınAzərbaycanla münasibətlərə verdiyi önəmi göstərir", - politoloqbildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində regional təhlükəsizlikvə Cənubi Qafqazda sülh prosesi də müzakirə olunan əsas mövzulardanbiri olub.

"Azərbaycan tərəfi regionda davamlı sülhün və sabitliyin təminolunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyevçıxışında qeyd edib: "Sülhdən yaxşı heç nə ola bilməz.İnanın mənə,müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunubilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansıdigər ölkədən daha çox dəyərləndirir". Bu fikirlər Azərbaycanınregionda uzunmüddətli sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunugöstərir. Eyni zamanda, Bakı Cənubi Qafqazda davamlı sülhün təminolunmasını gələcək inkişaf və təhlükəsizlik üçün əsas şərt kimiqiymətləndirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, ümumilikdə, Antonio Koştanın Azərbaycanasəfəri Bakı ilə Brüssel arasında münasibətlərin möhkəmləndiyinigöstərir.

"Enerji, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrindəəməkdaşlığın genişlənməsi tərəflər arasında strateji tərəfdaşlığıninkişaf etdiyini nümayiş etdirir. Mövcud dialoq və qarşılıqlı maraqdoğuran layihələr isə Azərbaycan ilə Avropa İttifaqı arasındaəlaqələrin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu səfərtərəflər arasında əməkdaşlığın yalnız mövcud səviyyədəsaxlanılmayacağını, eyni zamanda yeni istiqamətlər üzrə də inkişafetdiriləcəyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir",- o əlavə edib.

Məqalədə:
Seçilən
35
50
az.trend.az

10Mənbələr