AZ

Azərbaycanda 100 yaşlı professor vəfat etdi

Azərbaycanda tanınmış tarix elmləri doktoru, əməkdar müəllim, professor Xəlil Süleyman oğlu Köçərli 100 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəy rayonunda anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib.
Alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub. Son 10 ildə də elmi fəaliyyətini davam etdirərək müxtəlif tədqiqatlarla məşğul olub.
Məlumata görə, professorun səhhətində ciddi problem olmayıb və o, qəfil vəfat edib.
Qeyd edək ki, Xəlil Köçərli “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin əmisi idi.
Allah rəhmət eləsin!
Seçilən
71
9
nocomment.az

10Mənbələr