AZ

Bəzi ziyallıların da aşağı səviyyədə musiqi zövqü var

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Ucqar kənddə, dağın başında elə musiqi zövqü olan insan var ki... Heç bəlkə ömrüboyu Bakını görməyib. Amma muğamı, aşıq musiqisini, elə mahnıları zövqlə bilir ki... Dünyanın hər bir yerində belə insan var".

Axşam.az xəvər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Qonaqcanlı" verilişində deyib. Müğənni "Bayağı mahnı ifa edənləri bazarda işləyənlər dinləyir, toya çağırır" sözlərinin tənqid olunmasından danışıb:

"Elə təhsilli, ziyalı dediyimiz insanlar var ki, aşağı səviyyədə musiqi zövqü var. Onların məclisində elə adamlar görürük ki, təəccüblənirik. Yəni bu adamlar belə müğənni çağırır? Fikirlərimi yanlış anlayıblar".

Qeyd edək ki, G.Əliyeva "Deyirlər ki, filankəs toylara gedir. Moskvada kimlər var? Bazarda çalışanlar, qara işlə məşğul olanlar. Orada çox az sayda ziyalı var. Bu gün orada çoxu bazarda işləynlərdir. Orada sevilən mahnılar da bizim avtobus dayanacağında səsləndirilənlərdir. Onların istəyi həmin müğənnilərdir" sözlərini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
2
axsam.az

3Mənbələr