AZ

Deputat: 2025-ci ildə Azərbaycanın neft ixracı açıqlanıb » AzadMedia.az

Deputat:



Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili 2025-ci ildə ölkəmizin xam neft ixracına dair statistik məlumatları paylaşıb. Cədvələ əsasən, Azərbaycanın ümumi ixrac həcmi 23,38 milyon ton təşkil edib və bunun statistik dəyəri 12 milyard ABŞ dollarına yaxınlaşıb.

Deputatın paylaşdığı məlumatda ən böyük alıcılar sırasında İtaliya lider olub – 13,11 milyon ton neft üçün 6,73 milyard dollar ödəyib. Onu Çexiya (1,4 milyon ton, 742 milyon $), Xorvatiya (1,25 milyon ton, 666 milyon $), Ruminiya (1,12 milyon ton, 598 milyon $) və Almaniya (957 min ton, 502 milyon $) izləyib.

Məlumatda həmçinin qeyd olunub ki, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, İrlandiya, Hindistan və digər ölkələr də Azərbaycanın neft ixracında mühüm paya malikdir. Ən kiçik ixrac həcmi isə Gürcüstan, İspaniya və Danimarkaya olub.

Deputat Tahir Mirkişili bildirib ki, bu göstəricilər Azərbaycanın enerji sektorunun strateji əhəmiyyətini və ixrac bazarlarının müxtəlifliyini bir daha təsdiqləyir.

Seçilən
97
1
azadmedia.az

2Mənbələr