AZ

15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günüdür

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günüdür.Demokrat.az-ın məlumatına görə bu gün, 12.03.2026-cı il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.Qeyd edək ki, 15 mart günü 1962-ci ildə Con Kennedinin Konqresdə çıxışı zamanı səsləndirdiyi “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” çağırışı ilə gündəmə gəlib.1997-ci ildən başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) 15 mart – beynəlxalq istehlakçı gününü şəhərin mərkəzi küçələrində maarifləndirici şüarlarla keçirilən küçə yürüşləri ilə qeyd etməyə başlayıb. 1998-ci ildən isə AİİB beynəlxalq istehlakçı təşkilatı olan Consumer International-a üzvlüyə qəbul edilib.Çox uğurlu haldır ki, 15 mart günü artıq dövlət qurumları səviyyəsində də qeyd olunur. Bugünkü tədbirin mövzusu “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” olub. Tədbirin gündəliyi son dərəcə aktual bir məsələyə həsr edilib. Tədbir çərçivəsində müxtəlif məruzə və təqdimatlar dinlənilib.Məruzələr tədbirin mövzusuna uyğun olaraq istehlakçı hüquqlarının qorunması baxımından ən müasir problemlərə həsr olunub.Məruzələr arasında xüsusilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışı diqqət çəkib.Məruzəçi müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə yanaşı, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edib, müasir texnologiyaların cinayətkar şəxslərin əlində alətə çevrildiyini vurğulayaraq bu hallarla mübarizənin effektiv üsulları barədə geniş məlumat verib.Təqdimatlarda Gülnar Hüseyn, Ramil Əşrəfov və Yusif Tapdıqlı tərəfindən səsləndirilən məlumatlar istehlakçı maarifləndirilməsi baxımından, xüsusilə müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı davranışının formalaşdırılması baxımından yüksək qiymətləndirilə bilər.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
3
demokrat.az

4Mənbələr