Bloger Sevinc Hüseynova aparıcı Səidə Bəkirqızının ünvanına sərt ifadələr səsləndirib.
Milli.Az xəbər verir ki, buna səbəb aparıcının "boşanmış ekspertlər Zaur Baxşəliyevin verilişində ona-buna ağıl verir" fikrini səsləndirməsi olub.
Özünün də boşandığını bildirən bloger əxlaqlı həyat tərzi sürdüyünü vurğulayıb. O, pandemiya və müharibə dövrlərində etdiyi yardımları xatırladaraq, verilişlərdə kiməsə söz demək haqqının niyə olmaması ilə bağlı sual ünvanlayıb.
Ardınca Sevinc Hüseynova aparıcıya sərt ittihamlar irəli sürərək bunun sonuncu xəbərdarlıq olduğunu bildirib.
Həmin videonu təqdim edirik:/Bakupost.az
Milli.Az