AZ

Avropa Parlamentinin sabiq vitse-spikeri: XIII Qlobal Bakı Forumu Azərbaycanın çox praqmatik təşəbbüsüdür

Bakı, 12 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu artıq qlobal məsələlərin müzakirə edildiyi bir platformaya çevrilib. Dünyada iqlim dəyişmələrindən başlayaraq, enerji transformasiyasına qədər mövcud olan məsələlər burada müzakirə edilərək optimal təkliflər irəli sürülür. Bu təkliflər dövlətlərə və beynəlxalq təşkilatlara təqdim edilir və səmərəli siyasət qurulur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Parlamentinin sabiq vitse-spikeri Silovana Kox-Merin deyib.

Onun sözlərinə görə, bu günə kimi Azərbaycan bir çox qlobal xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edib və tədbirlər səmərəli olub.

“COP29-da qərarların qəbulunda Azərbaycanın mövqeyi konsensus xarakterli idi. Qlobal Bakı Forumu da Azərbaycanın çox praqmatik təşəbbüsüdür. Yaxın Şərqdə və Avropa məkanında baş verən münaqişələr dövründə sülh və sabitlik ideyalarının təbliği, məsələlərin müzakirəsi, çıxış yollarının axtarılması forumun əsas məqsədlərindəndir. Ümid edirəm ki Azərbaycanın bu təşəbbüsü səmərəli olacaq.

Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir və bu zənginliyi paylaşaraq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Bu faktın özü Azərbaycan ilə Avropa arasında ikitərəfli faydalı əməkdaşlıq əlaqələrinin qurulduğundan xəbər verir”, - deyə sabiq vitse-spiker nəzərə çatdırıb.

Foto: Tofiq Babayev

Video: Vüsal Tağıyev

Seçilən
21
2
azertag.az

3Mənbələr