AZ

AMB: Ötən il əmək haqqı kartları ilə ödənişlərin 54 %-i nağdsız icra olunub

2025-ci ildə Azərbaycanda əmək haqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54,2 %-i nağdsız formada icra olunub.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Sənədə əsasən, sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9 faiz bəndi artaraq 20 %-ə bərabər olub.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur.

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası çərçivəsində ötən il dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin yüksəldilməsi, habelə əhalinin nağdsız ödəniş vərdişlərinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib və ölkəmiqyaslı layihələr reallaşdırılıb.

Seçilən
46
2
far.az

3Mənbələr