AZ

Avropadan Ukraynaya təklif: Müharibəni 2 il də uzat, əvəzində...

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa ölkələri Ukraynaya müharibəni daha 2 il davam etdirmək şərti ilə maliyyə dəstəyi vəd edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşri prezidentyönlü "Xalqın Xidmətçisi" partiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu təklifdən sonra prezident Vladimir Zelenski hökumətə seçkilər keçirilmədən ölkənin necə işləyəcəyini planlaşdırmaq tapşırığı verib. Həmçinin belə şəraitdə Ali Radanın fəaliyyəti üçün də ssenarilər hazırlanır.

Xəbərdə qeyd olunur ki, “Xalqın xidmətçisi” fraksiyası daxili böhran və anti-korrupsiya araşdırmaları səbəbindən səs sayını 110-120-yə endirib. Bu səbəbdən yaxın zamanda bir sıra qanun layihələri qəbul edilməyib.

Eyni zamanda, Avropa Ukraynanın maliyyə dəstəyini iki-üç il müddətinə planlaşdırır. 2026-2027-ci illər üçün Avropa Parlamentinin təsdiqlədiyi 90 milyard avro kredit paketinin 60 milyard avrosu müdafiəyə və silahlanmaya, 30 milyard avrosu isə büdcə dəstəyi və makromaliyyə yardımı üçün nəzərdə tutulub./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
2
icma.az

3Mənbələr