AZ

Xəlil Köçərli vəfat etdi

Tarix elmləri doktoru Xəlil Köçərli 100 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli öz sosial media hesabından məlumat yayıb:

“Əmilərimin ən böyüyü, sevimli əmim, tarix elmləri doktoru, professor Xəlil Köçərli dünyasını dəyişdi. Bu il onun 100 yaşı tamam olacaqdı. Uzun və mənalı bir ömür yaşadı, Azərbaycan tarix elminə öz töhfələrini verdi”.

Qeyd edək ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəydə anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib. Mərhum alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub.

Seçilən
83
9
kulis.az

10Mənbələr