AZ

Narkotik təsiri altında olan sürücü SAXLANILDI

Ajans.az xəbər verir ki, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı Ev.Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib. Törətdiyi qanun pozuntuları ilə bağlı R.Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, alkoqol sərxoşluğu və ya narkotik, eləcə də digər psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti üçün ciddi təhlükə mənbəyidir. Bu kimi kobud qayda pozuntularına qarşı nəzarət tədbirləri davam etdirilir və belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlərin görülməsi bundan sonra da təmin ediləcək.

Seçilən
26
8
Ajans.az

10Mənbələr