AZ

“Barselona” azarkeşi İngiltərədə stadionları səhv salıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Barselona” azarkeşi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərəyə “Nyukasl”la oyunu izləmək üçün gəlsə də, səhvən başqa stadiona gedib.

İdman.Biz xəbər verir ki, ispaniyalı fanat Londondan 280 km məsafədə yerləşən üçüncü liqa təmsilçisi “Ekester Siti” stadionuna yollanıb. Maraqlıdır ki, bu arena da “Nyukasl”ın stadionu kim “Sent-Ceyms Park” adlanır.

Səhvini anlayan azarkeşə təsəlli olaraq meydan sahiblərinin həmin gün “Linkoln Siti” ilə keçirdiyi oyuna pulsuz bilet təqdim edilib.

Beləliklə, ispaniyalı fanat planlaşdırdığı matçı izləyə bilməsə də, ən azı İngiltərədə futbol atmosferini yenə də stadiondan yaşamaq imkanı əldə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
icma.az

2Mənbələr