AZ

Mikromobillik vasitələrindən istifadə zamanı sıxlıq olurmu?

Bakı, 12 mart, AZƏRTAC

Cari ilin fevral ayında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 110 min 658 nəfər təşkil edib. Bu, 2025-ci ilin fevral ayının göstəricilərindən 2,2 dəfə çoxdur. Ötən ilin fevralında mikromobillik vasitələri istifadəçilərinin sayı 50 min 910 nəfər olub. Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin fevral ayında 434 min kilometrdən çox yol qət edilib. Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda tanış ola bilərsiniz.

Seçilən
48
1
azertag.az

2Mənbələr