AZ

İki nəhəngin hədəfindəki məşqçi: Yurgen Klopp üçün həlledici seçim

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyaca məşhur mütəxəssis Yurgen Kloppun yenidən məşqçilik karyerasına dönüşü an məsələsidir.

Oxu.Az xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid"in bu keçiddə maraqlı olmasının ardınca, Almaniya yığması da 58 yaşlı təcrübəli məşqçinin namizədliyini ciddi şəkildə diqqət mərkəzində saxlayır.

Təcrübəli məşqçinin karyerasındakı növbəti dayanacaqla bağlı yekun qərar dünya çempionatından sonra bəlli olacaq.

Xatırladaq ki, Yurgen Klopp 2024-cü ilin may ayında doqquz illik uğurlu fəaliyyətindən sonra İngiltərənin "Liverpul" klubundan ayrılıb. O, hazırda "Red Bull" konserninin qlobal idman əməliyyatlarına rəhbərlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
oxu.az

1Mənbələr