Üçqat UFC tituluna iddialı Kolbi Kovinqton təşkilatın Vaşinqtonda keçiriləcək Ağ Ev tədbirini tənqid edib.
İdman.Biz bildirir ki, tədbir iyunun 14-də olacaq.
“Çox zay tədbirdir. Azarkeşlər bu kartdan nifrət etdiklərini dedilər. Dəhşətlidir. Onlara altı və ya yeddi titul döyüşü vəd edilmişdi, indi isə bir titul döyüşü və bir aralıq titul döyüşü var ki, UFC bunları son anda təşkil etdi.
Tədbir tələsik təşkil edildi və orada bir dənə də olsun elit amerikalı döyüşçü yox idi. ABŞ-ı 250 illik yubileyində kim təmsil edəcək? Deyəsən, UFC-nin vecinə deyil. Onlar “Paramount”la müqavilədən çoxlu pul qazandılar və xoşbəxtdirlər”, - deyə MMAJunkie Kovinqtondan sitat gətirir.