AZ

ABŞ-nin Qırmızı dənizdəki təyyarədaşıyan gəmisində yanğın - İki nəfər yaralandı

BAKI, 12 mart. TELEQRAF

ABŞ-nin Qırmızı dənizdəki “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisində yanğın olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində iki ABŞ dənizçisi xəsarət alıb.

Yanğım aviadaşıyıcısının camaşırxanasında baş verib. Yanğın gəminin daxilindəki texniki nasazlıq səbəbindən baş verib.

Hazırda təyyarədaşıyan gəmi tam işlək vəziyyətdədir.

Qeyd edək ki, “USS Gerald R. Ford” gəmisi İrana qarşı əməliyyatla bağlı olaraq Qırmızı dənizə yerləşdirilib.

Seçilən
28
teleqraf.com

1Mənbələr