AZ

Vaxt çox vacibdir! Bu ölkədə qadınları hərbi xidmətə çağırırlar

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ, İsrail və İran arasında davam edən gərginliyin regionda təhlükəsizliklə bağlı narahatlıqları artırdığı bir vaxtda Yunanıstan diqqətçəkən addım atıb.

Turkustan.az xəbər verir ki, Yunanıstan Ordusu qadınları könüllü hərbi xidmətə dəvət edən tanıtım videosu yayımlayıb.

Paylaşılan videoda bildirilib ki, 20–26 yaş arası qadınlar könüllü şəkildə hərbi xidmətə müraciət edə bilərlər. Proqrama əsasən, qəbul edilən namizədlər Yunanıstan ordusunda 12 ay xidmət keçəcəklər.

Yunanıstan Ordusunun yayımladığı videoda qadınların hərbi təlimlərdə və müxtəlif vəzifələrdə fəal rol oynaya biləcəyi vurğulanır. Bu açıqlamanın regionda artan geosiyasi gərginlik və təhlükəsizliklə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə verilməsi diqqət çəkir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
2
icma.az

6Mənbələr